Gürcüstanın “Vahid milli hərəkat” müxalifət partiyası ölkənin sabiq prezidenti Mixeil Saakaşviliyə dəstək olaraq çərşənbə günü irimiqyaslı nümayiş keçirməyi planlaşdırır.
Bu barədə Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir.
"Partiya fövqəladə iş rejiminə keçir və Gürcüstan uğrunda qəti mübarizəyə başlayır. Bütün vətəndaşları Mixeil Saakaşviliyə dəstək olaraq irimiqyaslı nümayişdə iştirak etməyə səsləyirik", - deyə partiyanın lideri Nika Meliya jurnalistlərə bildirib.
N.О.