Azərbaycanın SOCAR şirkətinin Tbilisidəki yanacaqdoldurma məntəqəsinə hücum nəticəsində iki nəfər yaralanıb.
Oxu.Az gürcü KİV-ə istinadən xəbər verir ki, hadisə Quramaşvili küçəsində, bazar ertəsinə keçən gecə baş verib.
Şahidlərin sözlərinə görə, bir neçə nəfər YDM-ə hücum edərək, menecer və operatoru yaralayıblar. Zərərçəkənlər təcili xəstəxanaya çatdırılıb.
Artıq gürcü DİN cinayətin üstünü açıb.
Cinayəti törətməkdə təqsirli bilinən, əvvəllər məhkum olunmuş Zurab U saxlanılıb.
Müəyyənləşdirilib ki, 1993-cü il təvəllüdlü Zurab U. martın 23-də SOCAR-ın Quramişvili küçəsindəki qaz yanacaqdoldurma məntəqəsində operator, 1991-ci il təvəllüdlü Zurab A. ilə sözləşib və əvvəlcə onu, sonra isə menecer, 1983-cü il təvəllüdlü Cəfər A.-nı. ayağından vuraraq, hadisə yerini tərk edib.
Zurab U. isti izlərlə Quramişvili küçəsində saxlanılıb. Onun üzərindən cinayətin törədildiyi bıçaq aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.