Gürcüstan daxili işlər nazirliyi parlamentə kiçik dərəcəli xuliqanlıq və polisə itaətsizlik kimi inzibati xətalara görə cəzanın sərtləşdirilməsini təklif edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik-Qruziya” məlumat yayıb.
İnzibati xətalar məcəlləsinə təklif olunan düzəlişlərə görə, kiçik dərəcəli xuliqanlığa görə, cərimə məbləği 100 laridən (təx.40 dollar) 1000 lariyə (təx.400 dollar) qədər artırılacaq.
Kiçik dərəcəli xuliqanlıq dedikdə Gürcüstan qanunvericiliyində ictimai yerlərdə söyüş söymə, vətəndaşlara qarşı alçaldıcı münasibət və digər qanundan kənar hərəkətlər nəzərdə tutulur.