Gürcüstanda biznes-aviasiya sahəsində fəaliyyət göstərən və Tiflis beynəlxalq hava limanında yerləşəcək “Air Georgia” yeni aviaşirkət yaradılıb.
Bu barədə Oxu.Az “Qruziya Online”a istinadən xəbər verir.
Aviadaşıyıcı müştərilərinə altı yerlik biznes-jetlər təqdim edəcək.
Şirkət martın 1-dən Avropa və Asiya ölkələrinə uçuşlar yerinə yetirmək niyyətindədir.
Şirkətin təqdim etdiyi xidmətlər paketinə aeroporta yola salmaq, qarşılanma və VİP xidmətlər daxildir.