Rusiyanın REN TV telekanalının çəkiliş qrupu Suriyada Kobani şəhirində İŞİD-in qonşu Təl-Əbyad şəhərinə gözlənilməz hücumu nəticəsində mühasirəyə düşüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə çəkiliş qrupunun operatoru məlumat verib.
“Biz bir neçə gün Kobanidə işlələdik və artıq getməyə hazırlaşırdıq. Bu gün səhər İŞİD yaraqlıları gözlənilmədən qonşu Təl-Əbyad şəhərinə hücuma keçdilər”, - operator deyib.
O bildirib ki, Təl-Əbyadda döyüşlər 15 nöqtədə aparılır.
“Şəhər od içindədir. Kobanidən şərqə gedən yol çox təhlükəli olub, biz şəhərdə mühasirədə qalmışıq”, - o, qeyd edib.