Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Gürcüstanın parlament sədri Aİ maliyyəsi haqqında: "Onların arxasında başqalarının maraqları durur"
"Əgər Avropa İttifaqından (Aİ) Gürcüstan üçün müəyyən edilmiş məbləğ qeyri-hökumət təşkilatları (QHT) sektoruna köçürülərsə, bu bir daha göstərəcək ki, pulun arxasında maraq durur və onlar bu marağın reallaşacağı yerə gedəcək".
Oxu.Az-ın 1tv.ge-yə istinadla məlumatına görə, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bəyan edib.
O bildirib ki, göstərilən bu münasibət, xüsusilə də müxtəlif qaynar nöqtələrdə öz tərəfdaşları ilə birlikdə dəfələrlə özünü göstərmiş Gürcüstan ordusundan söhbət gedirsə, kədərlidir.
"Son dövrdə edilən bəyanatlara gəlincə, onların arasında dünənki bəyanat var idi ki, Fransa guya birbaşa büdcə maliyyələşdirməsini dayandırır. Fransa büdcəsindən Gürcüstan büdcəsinə heç bir birbaşa büdcə vəsaiti yoxdur, ona görə də burada nədən söhbət getdiyini bilmirəm, bir az anlaşılmaz idi. İkinci hissəyə - ordu üçün müəyyən edilmiş məbləğin azaldılacağına gəlincə isə, əgər ölkə üçün müəyyən edilmiş məbləğ QHT sektoruna köçürülərsə, bu ümumiyyətlə nə baş verdiyini birbaşa göstərir. Pul onların maraqlarını həyata keçirənlərə gedir. Onlar hesab ediblər ki, bəlkə də Gürcüstan hökuməti qəsdən başqa bir hökumətin maraqlarını həyata keçirmir, pul onların maraqlarını həyata keçirənlərə verilib. Beləliklə, bu daha bir sübutdur və göstərir ki, belə pulların arxasında maraqlar durur və bu maraqlar indi öz axarına buraxılıb, onlar maraqlarının reallaşacağı yerə gedəcək", - deyə Papuaşvili bildirib.
"Gürcüstan parlamenti" teqi üzrə xəbərlər
- İvanişvili və Kobaxidze deputat mandatlarından məhrum edildilər
- Tbilisidə vandalizm: Parlament binasının pəncərələri sındırıldı, otaqları yandırıldı
- Gürcüstanda 2014-cü il ssenarisi təkrarlanacaq? - Qərbin "Gürcüstan arzusu"
- Gürcü spiker: "Biz siyasi korrupsiya ilə məşğul olan insanlardan dərs almaq istəmirik"
- Gürcüstan parlamentinin ilk iclasının vaxtı açıqlandı
Rəylər