Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Gürcüstanlı iş adamını öldürən Azərbaycan vətəndaşı saxlanılıb
Doqquz il əvvəl Tbilisidə Gürcüstanlı iş adamını qətlə yetirən Azərbaycan vətəndaşı Fərid Qurbanov saxlanılıb.
Oxu.Az bu barədə Gürcüstan mətbuatına istinadən xəbər verir.
Qeyd olunur ki, Fərid Qurbanov İstanbulda saxlanılıb.
O, "Tısbağa gölü" kompleksinin keçmiş sahibi Beso Xardzianini qətlə yetirməkdə təqsirli bilinir. İstintaq müəyyən edib ki, Fərid Qurbanov təkbaşına hərəkət etməyib, ona Rusiya vətəndaşı Oleq Doyev adlı şəxs kömək edib. Onların hər ikisi eyni gündə Gürcüstandan Türkiyəyə keçiblər.
Gürcüstan Baş Prokurorluğunun müraciəti əsasında Fərid Qurbanov İstanbulda saxlanılıb. Fərid Qurbanovun Gürcüstana ekstradisiya ediləcəyi bildirilir. Cinayətdə iştirak edən digər şəxs Oleq Doyevə gəlincə, o, beynəlxalq axtarışdadır.
"Gürcüstan" teqi üzrə xəbərlər
- Gürcüstanın hakim partiyasının rəhbəri İrakli Qaribaşvili siyasəti tərk edir
- Çin-Azərbaycan strateji tərəfdaşlığı Cənubi Qafqazın inkişafına necə təsir edəcək?
- Tarixdən dərs çıxaran Gürcüstan seçimini etdi - Azərbaycanla müttəfiqliyin önəmi
- Mixeil Kavelaşvilinin Bakı səfərinin mühüm məqamları - "Kaspi"nin TƏHLİLİ
- Ermənistan, Gürcüstan və Azərbaycan XİN rəhbəri müavinlərinin görüşü olub