Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

UEFA Ukrayna klubunu diskvalifikasiya etdi - SƏBƏB
Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) Ukraynanın "Dnepr-1" klubunu 2024/25 mövsümü üçün Konfrans Liqasından kənarlaşdırıb.
Oxu.Az Smotrim.ru-ya istinadla xəbər verir ki, Apellyasiya Komitəsi Konfrans Liqasının II təsnifat mərhələsinin Macarıstanın "Puşkaş Akademiyası" klubu ilə matçlarında "Dnepr-1"ə iki texniki məğlubiyyət verib.
"Dnepr-1" iki oyunun (25 iyul və 1 avqust) baş tutmamasına görə məsuliyyət daşıyıb və buna görə də cəza alıb.
Bundan əvvəl Ukrayna çempionatının son mövsümündə dördüncü yeri tutan "Dnepr-1"in iflas ərəfəsində olduğu və fəaliyyətini dayandıra biləcəyi barədə məlumatlar yayılıb.
Qeyd edək ki, klub 2015-ci ilin noyabrında yaradılıb.
"UEFA Konfrans Liqası" teqi üzrə xəbərlər
- Kadi Borges: "Ferentsvaroş"da hər şey mənim üçün yaxşı idi"
- UEFA Konfrans Liqası: Mərkəzi oyun "zadəganlar"ın minimalhesablı qələbəsi ilə bitdi
- UEFA Konfrans Liqası: Dörddəbir finala vəsiqə əldə edən komandalar bəlli olacaq
- UEFA Azərbaycan klublarının maliyyə hesabatı haqqında hesabat hazırlayıb
- UEFA Konfrans Liqası: 1/8 final mərhələsinin daha 4 görüşü keçirildi