Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Haber Global": "Baş verən insident digər aviaqəzalardan fərqlidir"
Türkiyənin "Haber Global" televiziya kanalında yayımlanan verilişdə dekabrın 25-də Aktau şəhərinin yaxınlığında "Azərbaycan Hava Yolları" QSC-yə məxsus Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli təyyarənin qəzaya uğraması, hadisə ilə bağlı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üzrxahlıq istəməsi müzakirə edilib.
Verilişin qonaqları bu hadisənin son zamanlarda baş verən digər aviaqəzalardan fərqləndiyini vurğulayıblar.
"Hadisə qəza deyil, təyyarə hücuma məruz qalıb. Həmin coğrafiyada bu, artıq davamlı xarakter daşıyır. Buna səbəb təkcə Rusiya-Ukrayna müharibəsi deyil, həmçinin Rusiyanın müxtəlif bölgələrində müxtəlif silahlı əməliyyatların keçirilməsidir. Beynəlxalq arenada bu, böyük bir cinayətdir", - deyə verilişin qonağı türkiyəli jurnalist Metehan Demir bildirib.
Daha ətraflı videosüjetdə:

"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Hökumə Əliyevanın adını daşıyan zirehli tibbi maşın sülhməramlı fəaliyyət zonasına göndəriləcək
- Astana AZAL-a məxsus təyyarə qəzasının tam araşdırılması üçün ICAO ilə əməkdaşlığı davam etdirəcək
- Aktaudakı təyyarə qəzasında həlak olmuş ekipaj üzvlərinin əşyaları Tarix Muzeyinə verilib
- Rusiya şirkəti AZAL-ın qəzaya uğramış təyyarəsinə görə sığorta ödənişini edib
- Əli Əsədov AZAL təyyarəsinin qəzasının araşdırılmasında köməyə görə Oljas Bektenova təşəkkür edib