Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə gələcək səfəri zamanı Rusiya ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinin, xüsusilə qaz qovşağının yaradılması, “Akkuyu” AES-in tikintisi və taxıl dəhlizinin fəaliyyətinin bərpası kimi məsələlərin müzakirəsi planlaşdırılır.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.
O qeyd edib ki, görüş zamanı həmçinin Ukraynada vəziyyətin nizamlanması, regional məsələlər, xüsusən də Qəzzadakı vəziyyətin müzakirəsi planlaşdırılır.
“Bundan başqa, xüsusilə Suriyada təhlükəsizlik məsələləri var. Suriya ilə bağlı, bildiyiniz kimi, bizim tərəfdaş olduğumuz Astana prosesi də mövcuddur. Digər tərəfdən, Türkiyənin PKK və onun Suriya qolu ilə bağlı həssas məqamları var”, - nazir vurğulayıb.
Mənbə: A-haber
Rəylər