Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Hakan Fidan Rusiya-Ukrayna danışıqlarının yekunlarını açıqladı
"Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda danışıqların yeni raundunun keçirilməsi barədə prinsipial razılıq əldə ediblər".
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "X" hesabında yazıb:
"Bu gün sülhə nail olmaq üçün vacib gündür. Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda görüş keçiriblər. Tərəflər yeni görüş barədə prinsipial razılıq əldə ediblər", - o qeyd edib.
Fidan tərəflərin 1000 nəfərlik əsir mübadiləsi və atəşkəs təklifləri barədə razılaşdığını təsdiqləyib.
Türkiyəli nazir həmçinin Ankaranın Moskva ilə Kiyev arasında sülhün təmin edilməsinə kömək edəcəyini vurğulayıb.
Bugün, dünya barışı için önemli bir gündü.
— Hakan Fidan (@HakanFidan) May 16, 2025
Yoğun diplomatik çabalar sonucunda, Rusya ve Ukrayna heyetleri İstanbul’da, Türkiye’nin kolaylaştırıcılığında bir görüşme gerçekleştirdiler.
Toplantının neticesinde, güven artırıcı bir önlem olarak her iki ülkeden biner kişinin… pic.twitter.com/7QFnMxjJqE
"Hakan Fidan" teqi üzrə xəbərlər
- Hakan Fidan Ceyhun Bayramovla İsrail-İran gərginliyini müzakirə edib
- Hakan Fidan: "Türkiyə bütün mümkün hallar üçün zəruri tədbirləri görür"
- Hakan Fidanın Rusiya–Ukrayna danışıqlarına qoşulması planlaşdırılır
- Ukrayna Türkiyədən hava hücumundan müdafiə sistemləri istədi
- Lavrov və Fidan İstanbulda Rusiya-Ukrayna danışıqlarına hazırlığı müzakirə ediblər