Harvard Universiteti Tramp Administrasiyasının əcnəbi tələbələrin ABŞ-də təhsil almasına qoyduğu qadağaya qarşı məhkəmə iddiası qaldırıb.
Oxu.Az-ın "Bloomberg"ə istinadla verdiyi məlumata görə, bu barədə universitetin yaydığı rəsmi bəyanatda bildirilib.
Qeyd olunur ki, bu qərar ABŞ Konstitusiyasının söz azadlığını və lazımi hüquqi prosedur hüquqlarını təmin edən birinci düzəlişini pozur.
Harvard Universitetinin prezidenti Alan Qarber hakimiyyətin bu addımını "qanunsuz və əsassız" adlandırıb.
ABŞ Prezidenti Donald Trampın administrasiyası Harvard Universitetinin xarici ölkələrdən tələbə qəbul etməsi üçün verilən icazəni dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat yayıb.
ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noemin universitetə göndərdiyi məktubda deyilir:
"Sizi xəbərdar edirəm ki, Harvard Universitetinin əcnəbi tələbələr və akademik mübadilələr üçün proqram lisenziyası ləğv edilib".
Nəşrin mənbələrinin bildirdiyinə görə, bu qərar Harvard Universitetinə qarşı son aylarda aparılan araşdırmanın bir hissəsidir.