İrandan raket buraxılması məlumatından sonra İsrailin Hayfa şəhərində elektrik stansiyası atəşə məruz qalıb.
Oxu.Az bu barədə "Nour News" nəşrinə istinadla xəbər verir.
"Hayfadakı elektrik stansiyası İran raketlərinin atəşinə məruz qalıb", - deyə nəşr yazıb.
"Al Jazeera" telekanalı bundan əvvəl İsrailin bir sıra şəhərlərində partlayış səslərinin eşidildiyinə dair məlumat yaymışdı.