İsrail hərbçiləri Qəzza zolağında Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları vasitəsilə girovların qalıqlarının olduğu dörd tabutu alıblar.
Oxu.Az bildirir ki, bu barədə İsrail ordusunun Mətbuat Xidməti məlumat yayıb.
Bəyanata əsasən, hərbçilər onları tanıma prosedurunun həyata keçirilməsi üçün İsrail ərazisinə aparırlar.
Ordu İsrail tərəfinə təhvil verilən meyitlərin adlarını hələlik açıqlamır.