HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə İranın paytaxtı Tehranda sui-qəsdlə bağlı yeni təfərrüat məlum olub.
Belə ki, mediada yayılan məlumata görə, Haniyəyə sui-qəsd edilən bina İran Prezidenti Məsud Pezeşkianın iqamətgahından cəmi 150 metr məsafədə yerləşib.
Oxu.Az-ın "Azad İran" "Telegram" kanalına istinadla məlumata görə, sosial şəbəkələrdə HƏMAS liderinin öldürüldüyü binanın görüntüləri yayılıb.
Xatırladaq ki, İsmayıl Haniyə İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehranda iqamətgahına raket hücumu nəticəsində öldürülüb.
Rəylər