Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
HƏMAS rəhbərinin ölümünə görə iki ölkədə matəm elan edildi
Fələstin prezidenti Mahmud Abbas Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə əlaqədar dövlət səviyyəsində matəm elan edib və bayraqların yarıya endirilməsini əmr edib.
Oxu.Az xəbər verir ki, bu barədə WAFA agentliyi məlumat yayıb.
Yayılan məlumatda bildirilir ki, matəm avqust ayının 1-dək davam edəcək.
Həmçinin, Haniyənin ölümü ilə bağlı İranda da iyulun 31-dən avqustun 2-dək dövlət səviyyəsində matəm elan edilib.
İranın paytaxtı Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünə səbəb olan raket xarici ölkədən buraxılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Mayadeen" məlumat yayıb.
Məlumata görə, Haniyə Bakı vaxtı ilə təxminən saat 03:30-da Tehranın şimalındakı xüsusi hərbi iqamətgahda hava zərbəsi nəticəsində öldürülüb.
"Nournews"un verdiyi məlumata görə isə, HƏMAS Siyasi Bürosunun rəhbəri "idarə olunan təyyarə mərmisi" ilə öldürülüb.
HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda birbaşa raket zərbəsi nəticəsində öldürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al Hadath" telekanalı məlumat yayıb.
Mənbə iddia edir ki, raket zərbəsi endirilən zaman İsmail Haniyə yataq otağında olub.
İsrail ordusunun nümayəndələri HƏMAS qruplaşmasının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin İranda öldürülməsini şərh etmək istəməyiblər.
Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
"Xarici KİV-də yayılan məlumatları şərh etmirik", - nəşrə danışan mənbə bildirib.
HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürüldüyünü təsdiqləyib.
Qruplaşmanın yaydığı məlumatda qeyd olunur ki, İ.Haniyə İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimindən sonra iqamətgahına qayıdıb.
İsrailin raket zərbəsi nəticəsində Haniyə və bir mühafizəçisi ölüblər.
Mənbə: TASS
Fələstinin radikal HƏMAS qruplaşmasının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Qeyd olunub ki, HƏMAS rəhbərinin Tehrandakı iqamətgahı raket zərbəsinə məruz qalıb. Haniyə ilə yanaşı, onun mühafizəçilərindən biri də həlak olub.
"HƏMAS hərəkatı" teqi üzrə xəbərlər
- HƏMAS-la İsrail arasındakı mümkün razılaşmanın detalları bəlli oldu
- HƏMAS və İsrail arasında müzakirələr: Birinci mərhələdə nə qədər girov azad ediləcək?
- İsrail ordusu HƏMAS komandirini öldürüb
- İsrail ordusu HƏMAS-ın silah istehsalı bölməsinin komandirini öldürdüyünü bildirib
- Dohada keçirilən danışıqlarda israilli əsirlərlə bağlı irəliləyiş əldə edilib
Rəylər