Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
HƏMAS nümayəndəsi: "Haniyənin öldürülməsi ABŞ ilə razılaşdırılıb"
"HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə məsuliyyət İsrail və ABŞ-nin üzərinə düşür, çünki aksiya Vaşinqtonla razılaşdırılıb".
Oxu.Az xəbər verir ki, bu barədə Fələstin hərəkatının Livandakı nümayəndəsi Mahmud Tah "RIA Novosti" ilə söhbətində bildirib.
Onun sözlərinə görə, İsmayıl Haniyənin öldürülməsi ABŞ-dən "yaşıl işıq" aldıqdan sonra həyata keçirilən bir addım idi. Tah HƏMAS-ın İsrail və ABŞ administrasiyalarını buna görə məsuliyyət daşıdığını vurğulayıb.
Xatırladaq ki, Haniyə iyulun 31-də səhər tezdən Tehranda İsrailin hücumu nəticəsində öldürülüb. Haniyə İranın paytaxtında Prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edib.
"İsmayıl Haniyəyə qarşı sui-qəsd" teqi üzrə xəbərlər
- İsrail ilk dəfə Haniyənin Tehranda öldürülməsini etiraf etdi
- Kazem Cəlali: "Əgər İsrail Müdafiə Ordusu yenə nəsə etsə, İranın cavabı daha sərt olacaq"
- İran İsraili hədələdi: "Yaxın zamanda Haniyənin qisası alınacaq"
- ABŞ HƏMAS-ın altı liderinə cinayət ittihamları irəli sürüb
- İran İsrailə niyə hücum etmədi?
Rəylər