ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland bu gün jurnalistlərlə görüş zamanı Ermənistan və Azərbaycan prezidentlərinin görüşü üçün müvafiq şəraitin yaradılması üzrə müəyyən iş aparıldığını bildirib.
Oxu.Az bu barədə erməni KİV-nə istinadən xəbər verir.
“Bilirsiniz ki, Moskvada XİN rəhbərləri ayrı-ayrı görüşlər keçiriblər. Düşünürük ki, yaxın günlərdə XİN rəhbərləri prezidentlərin görüşünü təşkil etmək üçün Moskvada görüşəcəklər”, - R.Hoqland deyib.
N.О.
www.oxu.az