Bu gün Gürcüstanda NATO ölkələri və alyansın tərəfdaşları arasında “Noble Partner-2018” təlimi başlayır.
Oxu.Az “Deutsche Welle” agentliyinə istinadla xəbər verir ki, təlimlərdə 13 ölkədən 3 minə yaxın hərbi qulluqçu iştirak edəcək.
Avqustun 15-dək davam edəcək “Noble Partner-2018” təlimlərinə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Estoniya, Fransa, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna, Azərbaycan və Ermənistandan olan hərbçilər qatılacaq.
Bir müddət öncə ABŞ Avropadan Gürcüstana hərbi texnikalar, o cümlədən “Bredli” piyada maşını, 5 ədəd “Abrams” tankı və “Strayker” zirehli texnikasını göndərib. Texnikalar dəniz yolu ilə Rumıniyanın Konstansa portundan Gürcüstanın Poti limanına gətirilib.
Həmçinin, təlimlərdə Amerikanın “AH-64 Apache” və “UH-60 Black Hawk” helikopterləri iştirak edəcək.