Melburnun yaxınlığında (Avstraliya) müsəlman qadın öz həyatını riskə ataraq, tanımadığı qızı ölümdən qurtarıb.
Oxu.Az xəbər verir ki, bu barədə Avstraliya KİV-i bildirib.
Bu təqdirəlayiq hərəkətin kadrları bütün sosial şəbəkələrdə yayılıb. Uşağı qatarın sürətlə yaxınlaşdığı relslərin üzərində görən qadın, özünü uşağa tərəf ataraq onu faciəni bircə saniyə qabaqlayaraq qızı lokomotivin altından çıxarıb.
E.Ə.
www.oxu.az