Hindistanın Andhra-Pradeş ştatında avtobusun körpüdən kanala düşməsi nəticəsində ən azı səkkiz nəfər ölüb, 30-dan çox adam yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Hadisə çərşənbə axşamı səhər saatlarında Vicayava şəhərində baş verib. Sürücünün sükan arxasında yuxuladığı ehtimal edilir.
Ən azı 10 nəfər ağır vəziyyətdədir. Avtobusun ön hissəsi əzilib, sərnişinlərin bir hissəsi içəridə qalıb. Xilasetmə əməliyyatı aparılır.
N.О.
www.oxu.az