Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Hindistanda dəhşətli hadisə: Dondurmanın içindən insan barmağı çıxdı
Hindistanda kişi dondurmanın içində insan barmağı aşkar edib.
Mumbay şəhərinin (Hindistan) Malad rayonunun sakini onlayn dondurma sifariş etmək qərarına gəlib. Sifarişini alıb deserti dadmağa başlayanda o, əsl şok yaşayıb. Kişi dondurmanın içərisində insan barmağı görüb.
Qeyri-adi tapıntı ilə alıcı polisə müraciət edib. Dondurma istehsalçısına qarşı iş açılıb. Polis dondurma qabını və insan orqanını məhkəmə-tibb ekspertizasına göndərib.
"İnsan barmağının ölçüsü təxminən 1,5 santimetrdir", - deyə kişi bildirib.
Hindistanda dəhşətli hadisə: Dondurmanın içindən insan barmağı çıxdı
Mənbə: The Times of India
"Dondurma" teqi üzrə xəbərlər
Ən çox oxunanlar