Hindistanda iki gənc içkili halda özlərini şəlalədən atıb. 26 yaşlı Imran Qandi və 21 yaşlı Pratap Rathodun atladığı anlar başqa yoldaşları tərəfindən anbaan kameraya çəkilib.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə Mili.Az Haberler-ə istinadən xəbər verir.
Hadisə avqustun 1-də məşhur gəzinti yeri olan Maharaştradakı Amboli Qhat adlanan ərazidə baş verib.
Uzun sürən axtarış nəticəsində cəsədlər şəlalə vadisindən bir neçə saat sonra çıxarılıb.
N.О.