Hindistanda koronavirusa sutkalıq yoluxma sayı 200 mini keçib.
Bu barədə “RİA Novosti” Hindistanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Son 24 saatda ölkədə koronavirusa 200739 yeni yoluxma qeydə alınıb, mindən artıq insan ölüb. Hər iki nəticə Hindistan üçün rekord olub.