Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Hindistanda polislərlə fermerlər arasında insident: Gözyaşardıcı qazdan istifadə edildi - YENİLƏNİB
Hindistan polisi Nyu-Delhiyə doğru yürüş etməyi planlaşdıran fermerlərə qarşı gözyaşardıcı qazla atəş açıb. Hadisə Pəncab və Haryana ştatlarının sərhədindəki magistral yolda baş verib.
Polis fermerlərin yürüşünü dayandırmaq üçün yüksək səs çıxaran uzaqmənzilli akustik cihazlardan da istifadə edir. Hadisə nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat verilmir.
13:44
Hindistanda fermer və kəndli həmkarlar ittifaqları mərkəzi hökumət rəsmiləri ilə danışıqların razılığa gəlməməsindən sonra Nyu-Delhidə etiraz yürüşünü bərpa edəcəklərini açıqlayıb.
Məlumata görə, fermerlər polis hasarlarını dağıtmaq üçün istifadə edəcəkləri 1,2 min traktor, həmçinin buldozerlərlə paytaxta yürüş etməyə hazırdırlar.
Etirazçılar iddia edirlər ki, onlar təxminən 100 min insan toplaya biliblər, onların əsas qüvvələri Nyu-Delhidən təxminən 200 km aralıda, Pəncab və Haryana ştatlarının sərhədindəki Şambhu kəndində yerləşir. Etiraz yürüşü fevralın 13-də başlayıb. Bütün bu müddət ərzində hakimiyyət fermerləri etirazı dayandırmağa inandırmağa çalışsa da, onlar hökuməti razılığa gəlmək istəməməkdə ittiham edirlər.
Nyu-Delhinin də daxil olduğu Delhi Milli Paytaxt Bölgəsində polis etirazçıların şəhərə daxil olmasına icazə verməyəcəklərini bildirib. Fermerlərin traktorlarının Nyu-Delhiyə girməsinin qarşısını almaq üçün Delhiyə gedən yol boyunca çoxsaylı beton maneələr, tikanlı məftillər və mismar zolaqları çəkilib. Metropolisə bütün əsas giriş nöqtələri metal və beton baryerlərlə bağlanıb.
Mənbə: TASS
Rəylər