Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Hindistanda sərnişin avtobusu dərəyə aşdı: Çox sayda ölən var
Hindistanın şimalındakı Marçula şəhəri (Uttarakxand ştatı) yaxınlığında avtobus dərəyə uçub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Times of India" rayonun təbii fəlakətlərin idarə olunması üzrə məsul əməkdaşına istinadən məlumat verib.
Məlumata görə, qəza nəticəsində azı 36 nəfər ölüb, 10 nəfər yaralanıb.
Avtobusun sürücüsü dağ yolunun çətin hissəsində idarəetməni itirib və avtomobil təxminən 200 metr hündürlükdən uçuruma yuvarlanıb.
Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara aparılıblar. Azı beş nəfər hələ də itkin düşmüş sayılır.
Hadisə yerində xilasetmə işləri davam edir.
"Hindistan" teqi üzrə xəbərlər
- Hindistanda tələbə imtahana gecikməmək üçün çantası ilə birlikdə uçdu
- Hindistan USAID və Soros Fondunu ölkənin daxili işlərinə qarışmaqda ittiham etdi
- Hindistanda vağzalda izdiham zamanı 18 nəfər ölüb
- Tramp Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı üçtərəfli danışıqların keçiriləcəyini elan etdi
- ABŞ Hindistan ilə "Javelin" və "Stryker"lərin birgə istehsalına başlayacaq
Ən çox oxunanlar