Hindistanda sərnişin qatarının relsdən çıxması nəticəsində azı 9 nəfər ölüb, 45 nəfər yaralanıb.
Qeyd olunur ki, qəza Hindistanın Qərbi Benqal ştatının Jalpaiquri rayonunda baş verib. Qatar Assam ştatında Quvahatiyə gedirmiş.
36 yaralı xəstəxanaya yerləşdirilib.
Səlahiyyətlilər qəzanın səbəblərini araşdırır.
Mənbə: Al Jazeera