Hindistanın Uttar-Pradeş ştatının Lakhimpur-Kheri dairəsində su pərisi sindromlu (sirenomeliya) uşaq dünyaya gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə “The Times of India” nəşri məlumat yayıb.
Məlumata əsasən, doğuş yerli xəstəxanaların birində baş tutub. Normal keçən doğuş zamanı anadan olan körpənin ayaqları bir-birinə bitişik olub.
Həkimlər vəziyyəti ağır olan körpəni başqa xəstəxanaya aparmağı təklif etsələr də, o, tələf olub.
Tibb işçiləri bildiriblər ki, körpə çox zəif olub və doğuşdan bir saat sonra ölüb.
Qeyd edək ki, su pərisi sindromu nadir rast gəlinən hadisədir. Anomaliya zamanı daxili orqanlar inkişaf etmədiyi üçün əksər hallarda körpənin ölümü ilə nəticələnir.
Rəylər