Hindistanın Carkhand ştatında tibbi təyyarə qəzaya uğrayıb.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Hindistanın Mülki Aviasiya Baş İdarəsi (DGCA) məlumat yayıb.
"Beechcraft C90" tipli təyyarə Ranşi şəhərindən Nyu-Delhi istiqamətində uçurmuş. Uçuşdan təxminən 23 dəqiqə sonra ekipajla əlaqə kəsilib və təyyarə radarlardan itib.
Qəza çətin keçilən meşəlik ərazidə baş verib ki, bu da xilasetmə əməliyyatını çətinləşdirir. Həlak olanlar və ya xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat verilməyib.