Hindistanın Uttarakxand ştatında zəvvarlarla dolu avtobusun çaya düşməsi nəticəsində ən azı 22 nəfər həlak olub.
Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Hadisə zamanı avtobusda Qanqın əsas qolu olan Bxagiratxi çayının axdığı Madxya-Pradeş ştatında yerləşən Qanqotri məntəqəsindən qayıdan zəvvarlar olub.
Hazırda çaydan 22 nəfərin cəsədi çıxarılıb, 8 nəfər isə xəstəxanaya yerləşdirilib. Qəzanın başvermə səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı polis araşdırma aparır.
Madxya-Pradeş hakimiyyəti ölənlərin ailələrinə 200 min rupi yardım ödəniləcəyi barədə qərar qəbul edib.
N.О.
www.oxu.az