Hindistanın paytaxtı Dehlidə hökumət binasının altında qazıntı işi aparan fəhlələr təsadüfən sirli edam otağı aşkar ediblər.
Sözügedən bina 1912-ci ildə inşa edilib və Britaniya vitse-prezidentinin iqamətgahı olub.
Qeyd olunur ki, binada 1913-cü ildən 1926-cı ilə qədər Mərkəzi Qanunvericilik Məclisi yerləşib.
1926-cı ildən sonra Britaniya hakimiyyəti binanı Hindistanın müstəqilliyi uğrunda mübarizə aparanların məhkəmələrinin keçirildiyi ünvana çevirib.
Artıq hadisə yerinə arxeoloqlar cəlb edilib.
Mənbə: Pragnews