Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Hön Kazombo: "Afrika bütün dünyanı qidalandıra bilər"
"Bakı Qlobal Forumunda bir çox məsələlərdən danışdıq. Ələlxüsus bizim qlobal miqyasda çətinliklərimiz var. Bunlara istər müharibə olsun, istər aclıq, istərsə də xəstəliklər aiddir. Ona görə də biz liderlər, siyasətçilər, qanunvericilər bu problemlərə səssiz qala bilmərik".
Bunu Oxu.Az-a açıqlamasında Malavi parlamentinin vitse-spikeri Hön Kazombo deyib.
O bildirib ki, bu çağırışları fürsətə çevirmək lazımdır:
"Məsələn, Afrika bütün dünyanı qidalandıra bilər, çünki qitənin istifadə olunmayan böyük torpaqları var. Üstəlik, dünyanın digər hissələri ilə müqayisədə bizim hava şəraitimiz də bunun üçün əlverişlidir. Bizim torpaqlar ildə iki-üç dəfə məhsul verir. Eyni zamanda, bir qitə kimi, dünyanın digər hissələrinə də ixrac edə və qidalandıra bilərik. Bunun üçün Afrikada kənd təsərrüfatının, mexanikləşdirmənin və suvarma sistemlərinin inkişafına daha çox sərmayə qoysaq, buna nail ola bilərik. Yəni istehsal etdiyimizə əlavə dəstək verilməlidir ki, bu plan işləsin. Əks halda, gənclərimizin ölkədən getməsinin də qarşısını ala bilməyəcəyik.
Lakin bir-birimizə dəstək olsaq, əməkdaşlıq etsək, qanunsuz miqrasiya axınının da qarşısını alacağıq. Bu kimi forumlar həm də bu baxımdan əhəmiyyətlidir".
Mərahim Nəsib
"XII Qlobal Bakı Forumu" teqi üzrə xəbərlər
- "Euronews"da Qlobal Bakı Forumuna həsr olunmuş xüsusi videosüjet yayımlanıb
- Dünyanın məşhur siyasətçiləri Azərbaycanın "yaşıl enerji" siyasətini necə dəyərləndirirlər?
- USAID, "Amerikanın səsi" və "Azadlıq Radiosu"nun layiq olduğu məntiqi son
- Prezident Ermənistana və onun ağalarına sərt mesajlar verdi
- Hikmət Hacıyev: "Bakı Forumu özünü beynəlxalq platforma kimi təsdiqləyib"