Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının üzvləri (husilər) Qırmızı dənizdə ələ keçirdikləri “Galaxy Leader”in göyərtəsindən kadrlar paylaşıblar. Videoda husilərin əllərində Yəmən bayraqları ilə rəqs etmələri görünür.
Xatırladaq ki, noyabrın 19-da husilər Ədən körfəzində “Galaxy Leader” yük gəmisini İsrailə məxsus olduğunu güman edərək ələ keçiriblər. Bir müddət sonra üsyançılar silahlarının əhatə dairəsinə düşən İsrail bayrağı altında üzən bütün mülki gəmilərə hücum edəcəkləri ilə hədələyiblər.
Öz növbəsində İsrail Müdafiə Qüvvələri bəyan edib ki, Türkiyədən Hindistana səfər edən “Galaxy Leader”in yəhudi dövləti ilə heç bir əlaqəsi yoxdur və ekipaj üzvləri arasında heç bir israilli yoxdur. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi gəminin ələ keçirilməsində İranı günahlandırıb.
Sonradan məlum olub ki, “Galaxy Leader” Böyük Britaniyadan olan bir şirkətə məxsusdur və operatoru Yaponiyanın “Nippon Yusen” (NYK Line) şirkətidir. Göyərtədə Bolqarıstan, Meksika, Rumıniya, Ukrayna və Filippindən 25 ekipaj üzvü olub.
Husilər daha sonra ələ keçirilən gəmi ilə bağlı planlarını açıqlayıblar. Onların sözlərinə görə, gəmi Qəzza zolağında müharibə başa çatdıqdan və yerli sakinlərə humanitar yardım göstərildikdən sonra buraxılacaq.
Husilər ələ keçirdikləri “Galaxy Leader” gəmisində rəqs etdilər - VİDEO
Mənbə: “Al Qastal News” “Telegram” kanalı
Rəylər