“Mayın 28-də millətimiz sənə ən yaxşı cavabı verəcək”.
Bu sözləri Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
İbrahim Kalın Fransanın “Charlie Hebdo” nəşrinin qalmaqallı üz qabığına sərt reaksiya verib.
O, nəşrin üz qabığında dərc olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı paylaşımı kəskin tənqid edib.
Prezidentin mətbuat katibi bu barədə “Twitter” hesabında paylaşım edib.
“Charlie Hebdo” bu qədər özündən çıxdığına görə… deməli, doğru yoldayıq. Şər qüvvələr bəzən belə olur. Yaxşılara yol göstərir. Narahat olma “Charlie Hebdo”, millətimiz sənə ən yaxşı cavabı, həm də daha yüksək bir səslə mayın 28-də verəcək”, - deyə Kalın qeyd edib.
Charlie Hebdo paçavrası bu kadar çıldırdığına göre … doğru yoldayız.
— İbrahim Kalın (@ikalin1) May 17, 2023
Kötülük bazen böyledir. İyilere yol gösterir.
Merak etme CH.
Milletimiz sana da en güzel cevabı hem de daha gür bir sesle 28 Mayıs günü verecek.
🇹🇷🇹🇷🇹🇷
Rəylər