Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İçdikdən sonra “Facebook”da status yazdı: “İlahi, sən dronu qoru” - FOTO
Koronavirus səbəbindən “Diamond Princess” kruiz gəmisində karantində qalmaq məcburiyyətində olan sərnişinlər şərab içməklə stressdən çıxırlar.
Lenta.ru-nun məlumatına görə, bu barədə Avstraliyadan olan səyyah Deyv Binskin “Facebook” səhifəsində yazıb.
“Diamond Princess” Yaponiya sahilinə lövbər atdığı günün səhəri D.Binskinə və xanımına üzv olduqları şərab klubundan qeyri-adi zəng gəlib. “Naked Wine Club” təşkilatının nümayəndələri onlara baş verənlərlə bağlı təəssüfləndiklərini bildirib və təsəlli üçün gəminin göyərtəsinə dron vasitəsilə iki şüşə şərab göndərməyi təklif ediblər.
Cütlük bundan sonra izləyicilərə gəmidəki macəralarından və stressdən çıxmaqda şərabın necə kömək etməsindən yazıblar.
“Bu dəqiqə ilk qurtumu aldım. İlahi, dronları qoru”, - deyə D.Binskin yazıb.
Xatırladaq ki, fevralın 5-də sərnişinlərdən birində virus aşkarlandıqdan sonra “Diamond Princess” Yaponiya sahillərində lövbər salıb. Ümumilikdə, gəmidə 50 ölkədən olan 3700 nəfərdən artıq sərnişin var. Karantin əvvəlcə fevralın 19-na kimi təyin olunmuşdu, lakin təcrid müddəti uzadıla da bilər.
Son məlumatlara görə, gəmidə virusa yoluxanların sayı 175 nəfərə çatıb.
"Avstraliya" teqi üzrə xəbərlər
- Avstraliyada təyyarə qəzası: Ölənlər var
- Avstraliya epidemiya astanasında? Laboratoriyadan yüzlərlə öldürücü virus nümunəsi yoxa çıxdı
- Avstraliyalı bloqer "layk" xatirinə qızına dərman verib komaya saldı
- Avstraliyada 16 yaşadək uşaqlara sosial şəbəkələrə daxil olmaq qadağan edilir
- Dünyanın ən yaşlı rəqqasəsi vəfat etdi
Rəylər