Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İğtişaşlara görə bağlanan Mahaçqala aeroportunun işə düşəcəyi vaxt açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO
İğtişaşlara görə bağlanan Mahaçqala aeroportu oktyabrın 31-də yenidən fəaliyyətə başlayacaq.
Bu barədə Rusiya Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) məlumat yayıb.
“Mahaçqala aeroportunun təyyarələri qəbul etməsinə qoyulan qadağa 31 oktyabr 02:59-dək davam edəcək. Bir daha qeyd edirik ki, aeroportun işə başlaması yalnız hüquq-mühafizə orqanları tərəfindən aerovağzal, aerodrom və atraf ərazilərin dəqiq yoxlanılmasından sonra mümkün olacaq”, - qurumun məlumatında deyilir.
03:18
Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqaladakı hava limanında iğtişaşlar nəticəsində 20-dən artıq insan xəsarət alıb.
Bu barədə Dağıstan Muxtar Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, xəsarət alanların 10 nəfəri rayon xəstəxanalarındadır. Onlardan ikisinin vəziyyəti ağırdır.
01:42
“Mahaçqala hava limanında baş vermiş vəziyyət kobud qanun pozuntusudur, buna hüquq-mühafizə orqanlarından müvafiq qiymət veriləcək”.
Bunu Dağıstanın rəhbəri Sergey Melikov bildirib.
“Bu gün (29 oktyabr - red.) Mahaçqala hava limanına toplaşanların hərəkətləri kobud qanun pozuntusudur. İnsan izdihamının qadağan olunmuş heç nə etməyən silahsız insanları gözətməsi cəsarət göstəricisi deyil. Aeroport ərazisinə zorla daxil olmaqda heç bir qətiyyət yoxdur. Tanımadığı adamları söymək, onların cibinə əl atmaq və pasportunu yoxlamağa çalışmaq da şərəf göstəricisi deyil. Xaricdə müalicə alan uşaqlı qadınlara hücum etməkdə heç bir yaxşı niyyət ola bilməz”, - deyə o, “Telegram” kanalında yazıb.
Rayon rəhbəri qeyd edib ki, aksiya iştirakçıları öz əməlləri ilə vətənlərinin təhlükəsizliyi uğrunda canlarından keçənlərin kürəyinə bıçaq sancıblar.
“Bütün dağıstanlılar haqsız insanların və siyasətçilərin hərəkətləri nəticəsində iztirab çəkən qurbanlara ürəyi acıyır və Fələstində sülh üçün dua edirlər. Amma hava limanımızda baş verənlər biabırçılıqdır. Hüquq-mühafizə orqanları tərəfindən buna müvafiq qiymət verilməlidir. Bu, mütləq həyata keçiriləcək”, - deyə Melikov yekunlaşdırıb.
Mənbə: ura.news
"Fələstin" teqi üzrə xəbərlər
- "İraq İslam Müqaviməti" hərəkatı üç dəfə İsrail hədəflərinə hücum edib
- İsrail müharibənin mərkəzini Qəzzadan Livana dəyişir: "Qarşıdurma qaçılmaz olacaq"
- Fələstin prezidenti Qəzzaya buraxılmadı
- Suriya fələstinlilər üçün viza tələbini ləğv etdi
- Türkiyəli professor: "HƏMAS uzun illər Yaxın Şərq və Fələstin siyasətində ən mühüm aktor olacaq"
Rəylər