Oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısının açılış plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.






09:30
Bu gün - oktyabrın 6-da Praqada “Avropa Siyasi Birliyi” liderləri zirvə toplantısı baş tutacaq.
İclasa Avropa İttifaqının 27 üzvü ilə yanaşı, 17 ölkə dəvət olunub.
Onların arasında Azərbaycan da var.
Ölkəmizdən başqa iclasda Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna, Britaniya və Ermənistan da var.
Toplantının açılış mərasimi Bakı vaxtı ilə 14:00-da başlayacaq, 18:00-da isə ikitərəfli görüşlərə start veriləcək.
Mənbə: Consilium.europa.eu