Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İlon Mask bəşəriyyətin Yer kürəsində süqutunun vaxtını açıqladı
"500 milyon ildən sonra Yer kürəsi yaşamaq üçün yararsız hala düşəcək".
Oxu.Az xəbər verir ki, bu barədə amerikalı milyarder İlon Mask "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Mask bu dəfə bəşəriyyət üçün təhlükənin Günəşdən gəldiyini iddia edib. Onun sözlərinə görə, nəhəng ulduzun genişlənməsi səbəbindən planetimizdə həyat sona çatacaq. Mask bildirib ki, buna görə də, bəşəriyyət ulduzlararası uçuşlar haqqında düşünməli və bunu mənimsəməlidir.
Qeyd edək ki, hələ 2017-ci ildə İlon Mask Yer kürəsinin təbii fəlakətlər təhlükəsi altında olduğunu və bəşəriyyətin tamamilə məhv olacağını deməyə başlayıb. Daha sonra o, yeganə çıxış yolunun Marsı koloniyalaşdırmaq olduğunu bildirib. Amerikalı iş adamı çox gec olmadan evləri, mənzilləri satmağa və kosmosa köçmək üçün pul toplamağa çağırıb.
"İlon Mask" teqi üzrə xəbərlər
- Trampın inaqurasiyasında iştirak etmiş milyarderlər 209 milyard dollar itiriblər
- Baydenin dövründə ABŞ büdcəsi nə qədər itirib? - İlon Mask böyük məbləğ AÇIQLADI
- Mask Polşanın XİN başçısını Sorosun əlaltısı adlandırıb
- "Kəs səsini, kiçik adam!": Mask və Rubio Polşa XİN rəhbəri ilə mübahisə etdilər
- İlon Mask: "Starlink"i söndürsəm, Ukrayna ordusunun ön xətti çökəcək"