Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İlon Mask pendir formalı qəribə papağı ilə ictimaiyyəti təəccübləndirdi
ABŞ-nin Hökumət Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri və iş adamı İlon Mask Amerika Siyasi Cəmiyyəti ("America PAC") üzvlərinin görüşünə kəsilmiş pendir dilimini xatırladan papaqla gəlib.
Oxu.Az-ın Gazeta.ru-ya istinadən məlumatına görə, görüş Viskonsin ştatında keçirilib.
Görüntülərdə Maskın səhnəyə qaçaraq çıxdığı və əlləri ilə baş geyimini tutduğu görünür.
"Gəldiyiniz üçün təşəkkür edirəm. Papağım necədir?" - deyə iş adamı tədbirin əvvəlində soruşub.
Daha sonra o, baş geyimini çıxarıb və imzalayaraq zaldakı insanlar tərəfə atıb.
Qeyd edək ki, Amerika Siyasi Cəmiyyəti Mask tərəfindən 2024-cü ilin iyulunda yaradılmış ictimai təşkilatdır. "America PAC"in fəaliyyətinin əsas istiqaməti ölkənin hazırkı Prezidenti Donald Trampın tərəfdarı olmaq istəyən ABŞ vətəndaşlarının tapılmasıdır.
"İlon Mask" teqi üzrə xəbərlər
- İlon Maskı ittiham edən Bill Qeyts 200 milyard dollar paylayacaq
- "SpaceX" şirkətinin mənzil-qərargahının yerləşdiyi Starbeys bazası rəsmən şəhər oldu
- Mask insan beyninə görmə qabiliyyətini bərpa edən çip yerləşdirmək istəyir
- ABŞ-də yeni şəhər yarana bilər
- Mask: "Media qəsdən mənim nüfuzumu məhv edir"