ABŞ-nin Arizona ştatının sakini milyarder İlon Maskı 2024-cü ildə keçirilmiş seçkidə uduşlu püşkatmaya görə məhkəməyə vermək istəyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"Federal hakim bildirib ki, Arizona ştatından olan qadın öz iddialarına davam edə bilər. Qadın iddia edib ki, əgər qalib gəlmək şansının olmadığını bilsəydi, heç vaxt Maskın "Amerikanın Siyasi Fəaliyyət Komitəsi" petisiyasını imzalamazdı və şəxsi məlumatlarını heç kimə təqdim etməzdi", - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, gələcək qaliblər hələ müsabiqə elan olunmazdan əvvəl diqqətlə seçiliblər.