Nüvəsizləşdirilmə danışıqları üçün Pxenyana səfərə gələn Cənubi koreyalı nümayəndəni Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In şəxsən qəbul edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Cənubi Koreyanın prezident administrasiyası məlumat yayıb.
In xüsusi nümayəndə Çon Iy En ilə danışıqlar aparıb və Cənubi koreyalı həmkarı Mun Çje İnin məktubunu qəbul edib.
Administrasiya rəsmisi Kim Iy Qen qeyd edib ki, tərəflər iki ölkə liderlərinin sentyabr sammitinə hazırlıqları müzakirə ediblər.