Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Şimali Koreya nüvə proqramının atası Çu Qyu Çxanın dəfn mərasimində görünüb.
Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, bununla bağlı Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Sentyabrın 4-də Cənubi Koreya mətbuatı Kimin son iki həftədə ictimaiyyət qarşısında görünmədiyini açıqlamışdı. Sonuncu dəfə onunla bağlı məlumat avqustun 21-də yayımlanmışdı.
Dəfn mərasimdən paylaşılan görüntülərdə Kimin yaxşı olduğu və arıqlamadığı aşkar görünür.
Agentlik bildirib ki, bundan öncə də Şimali Koreya lideri bir neçə dəfə “yoxa çıxıb”. O, Cənubi Koreya nümayəndəsi ilə görüşdən əvvəl 18 gün ictimaiyyət qarşısına çıxmayıb. Martın 5-dəki görüşdən sonra isə 20 gün müddətinə “yoxa çıxıb”.