İndoneziya sahillərində 6,1 maqnitudalı yeraltı təkanlar qeydə alınıb.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, müvafiq məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Qurumdan bildirilib ki, episentri təxminən 15 min əhalisi olan Sinabang şəhərindən 66 kilometr cənub-şərq istiqamətinə təsadüf edən zəlzələnin ocağının 26 kilometr dərinlikdə olduğu bildirilir.
Hələlik dağıntı və insan tələfatı barədə məlumat açıqlanmayıb. Bölgədə sunami təhlükəsi elan edilməyib.