Çərşənbə günü İndoneziya sahillərində baş verən 6,4 bal gücündə zəlzələ nəticəsində ən azı 20 nəfər ölüb və onlarla insan yaralanıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Təbii fəlakət onlarla evi, binanı və məbədi dağıdıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə 02:03-də qeydə alınıb. Zəlzələnin episentri Siqli yaşayış məntəqəsindən 21 km. şərqdə, yerin 10 km. dərinliyində olub.
A.M.