İngiltərə Premyer Liqasının 13-cü turunda "Kristal Pelas" "Mançester Yunayted"i qəbul edib.
Oxu.Az xəbər verir ki, matç mankunianların 1:2 hesablı qələbəsi ilə başa çatıb.
Ev sahiblərinin hücumçusu Jan-Filip Mateta 36-cı dəqiqədə penalti ilə hesabı açıb. Lakin qonaqlardan Coşua Zirkzee 54-cü dəqiqədə oyuunda tarazılıq yaradıb. Meyson Maunt 63-cü dəqiqədə "Mançester Yunayted"ə qələbə qazandıran qolu vurub.
Bu oyundan sonra "Kristal Pelas" İngiltərə Premyer Liqasının turnir cədvəlində 20 xalla yeddinci, "Mançester Yunayted" isə 21 xalla altıncı yerdə qərarlaşıb.