Biləsuvar rayonunda kişi meyiti tapılıb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Əsgərabad kəndində qeydə alınıb.
1993-cü il təvəllüdlü Nicat Vüqar oğlu Kazımlının meyiti yaşadığı evin həyətində yerləşən tövlədə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Əli Məmmədov