Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İngiltərədə 52 il əvvəl yoxa çıxan qadın tapıldı
İngiltərədə 52 il əvvəl yeniyetmə ikən yoxa çıxan qadın tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" yazıb.
Şeyla Foks yoxa çıxanda 16 yaşında idi və valideynləri ilə birlikdə Koventridə yaşayırdı.
Polis qızın öz istəyi ilə gedə biləcəyini düşünürdü, ailəsi isə Şeylanın bir kişi ilə münasibət qurduğundan şübhələnirdi.
Yaxınları uzun illər qızı axtarıblar.
Bu yaxınlarda polis köhnə işlər arasında gənc Foksun fotoşəklini tapıb və internetdə dərc edib. Cəmi bir neçə saat sonra Şeylanın yeri müstəntiqlərə bəlli olub.
Məlum olub ki, Foks hazırda ölkənin başqa bir yerində yaşayır. O, sağlamdır və hazırda 68 yaşındadır. Şeylanın İngiltərənin o biri tərəfinə necə getdiyi və niyə bütün bu illər ərzində qohumları ilə əlaqə saxlamadığı polis tərəfindən açıqlanmayıb.
Rəylər