Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İnsan orqanizmi Marsa uçuşa tab gətirə biləcəkmi? - Alimdən maraqlı açıqlama
Rusiyalı alimlər potensial ciddi sağlamlıq risklərinə görə insan orqanizminin Marsa uçuşa tab gətirə biləcəyinə şübhə ilə yanaşıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə TASS agentliyinə müsahibəsində Rusiya Elmlər Akademiyasının prezidenti Gennadi Krasnikov danışıb.
"Əlbəttə ki, pilotlu kosmonavtikanın gələcəyi var. Amerikalıların, bizim və çinli tərəfdaşlarımızın Ayda bazalar tikmək üçün proqramları var. İndi İlon Mask Marsın sürətləndirilmiş tədqiqi proqramını irəli sürür. Bu, daha ciddi məsələdir, çünki o, Aydan daha uzaqda yerləşir. Faktiki olaraq, ikinci kosmik sürətlə Marsa qədər məsafə 250 günlük uçuş deməkdir. Orada sağlamlığa təsir edən faktorlar daha ciddidir, ağır hissəciklər var və biz onların insan orqanizminə necə təsir edəcəyini yaxşı bilmirik. Marsa bu uçuş hələ də bizdə suallar doğurur: insan orqanizmi açıq kosmosda ağır hissəciklərə tab gətirə bilərmi?", - deyə Krasnikov bildirib.
"Mars" teqi üzrə xəbərlər
- Marsa insanabənzər robot nə vaxt göndəriləcək? - İlon Mask tarixi açıqladı
- Yer kürəsinin yanından keçən ulduz planetin donmasına səbəb ola bilər
- Alimlər Marsda həyatın olması ilə bağlı məşhur fərziyyələrdən birini təkzib ediblər
- NASA yaxın beş il ərzində Marsa astronavt göndərməyi mümkün hesab etmir
- "SpaceX" 20-30 ildən sonra Marsda muxtar sivilizasiya yaratmağa hazırlaşır