Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Dnepropetrovsk vilayətində İnterpol xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.
Oxu.Az-ın xəbərinə görə, saxlanılan şəxs Azərbaycanda Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə (külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq) ittiham olunur.
Hazırda onun Azərbaycana ekstradisiya məsələsi həll olunur.