İndoneziyada avtobusun iştirakı baş verən yol qəzasında ən azı 27 nəfər ölüb, daha 16 nəfər isə yaralanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Sinxua agentliyi yazır.
Nəşrin məlumatına əsasən, qəza Qərbi yava magistral yolunda qeydə alınıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Qəzanın baş vermə səbəbləri araşdırılır.